Həftənin mühüm xəbərləri 



Həftənin mühüm xəbərləri
Bakıda ənənəvi “Qız qalası” Üçüncü Beynəlxalq incəsənət festivalı başa çatmışdır
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə iştirak etmişdir
19.05.2012 [22:57]
Mayın 19-da İçərişəhərdəki Kiçik Karvansarada ənənəvi “Qız qalası” Üçüncü Beynəlxalq incəsənət festivalının başa çatmasına həsr edilmiş mərasim keçirilmişdir.
 
IDEA Ətraf Mühit Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında resurs mərkəzi açılmışdır
19.05.2012 [21:29]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış IDEA (International Dialogue for Environmental Action) Ətraf Mühit Kampaniyası çərçivəsində mayın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında resurs mərkəzinin açılış mərasimi olmuşdur
 
Bakıda “Afrovision – Afrikadan müasir incəsənət” sərgisi açılmışdır
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərgidə iştirak etmişdir
17.05.2012 [21:36]
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin açılışı olmuşdur. AzərTAc xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak etmişlər.
 
“YARAT!” Bakı Müasir İncəsənət Muzeyində “Birləşən körpülər” adlı orijinal sərgini təqdim etmişdir
15.05.2012 [23:02]
Mayın 15-də Müasir İncəsənət Muzeyində Azərbaycanın müasir incəsənətinin təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə “Birləşən körpülər” adlı orijinal sərgi açılmışdır
 
İslam Əməkdaşlıq Təşkilatı tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmalarına şərait yaradılmasını tələb edən sənəd qəbul olunmuşdur
15.05.2012 [13:03]
Mayın 11-12-də Aşqabadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Müsəlman dünyasında qaçqınlar” adlı nazirlər səviyyəsində keçirilmiş beynəlxalq konfransında yekun bəyannamə qəbul olunmuşdur. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişdir ki, “Aşqabad bəyannaməsi” adlanan sənədin 9-cu bəndi Ermənistan-Azərbaycan,...
 
“Öz məşəlini alovlandır!”
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “EuroClub”da görülmüş işlərlə tanış olmuşdur
11.05.2012 [23:41]
Mayın 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Fondun birinci vitse-prezidenti Leyla Əliyeva Bakıdakı “EuroClub”da görülmüş işlərlə tanış olmuşlar.
 
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “012 Bakı Public Art Festivalı” çərçivəsində təqdim olunmuş “Beyin” əsəri qeyri-ənənəvi memarlığın ən yüksək nümunəsidir
11.05.2012 [22:26]
Mayın 11-də Bakıda, Neftçilər prospektində, Qız qalasının yanındakı boş sahədə “YARAT!” qeyri-kommersiya təşkilatının Birinci “012 Bakı Public Art Festivalı” çərçivəsində rəssam, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Beyin” əsəri təqdim edilmişdir.
 
Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın investisiya səviyyəli kredit reytinqini təsdiqləmişdir
11.05.2012 [11:20]
“Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində bir daha təsdiqləmişdir. Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, agentliyin məlumatına görə, Azərbaycanın reytinqinin investisiya səviyyəsində saxlanması aparılan davamlı...
 
Bakıda Heydər Əliyev Mərkəzi açılmış, ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir
10.05.2012 [22:18]
Xəbər verdiyimiz kimi, mayın 10-da Bakıda Heydər Əliyev Mərkəzi açılmış, ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak etmişlər
 
Bacardığımız hər şeyi edəcəyik
10.05.2012 [21:28]
Nüfuzlu “Business-year” jurnalının Azərbaycana həsr olunmuş 2012-ci il tarixli xüsusi buraxılışında birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın müsahibəsi dərc olunmuşdur. AzərTAc həmin müsahibəni təqdim edir. -Siz dünyada ən işgüzar birinci xanım kimi tanınırsınız. Siz Heydər Əliyev Fondunun,
 
Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həll etməyə çağırmışdır
10.05.2012 [13:17]
AzərTAc xəbər verir ki, Misirin Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçirilmiş iclasında yekun sənəd qəbul olunmuşdur. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev jurnalistlərə açıqlamasında bildirmişdir ki, yekun sənədin 382-ci...
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Şüvəlan qəsəbəsindəki 78 nömrəli körpələr evi–uşaq bağçasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir
09.05.2012 [21:00]
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva Şüvəlan qəsəbəsindəki 78 nömrəli körpələr evi–uşaq bağçasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Mehriban xanım Əliyeva rəmzi açılışı bildirən lenti kəsdi və körpələr evi–uşaq bağçasında...
 
Xəzər rayonunun Buzovna qəsəbəsində uşaqlar üçün yay istirahət düşərgəsi açılmışdır
Açılış mərasimində birinci xanım Mehriban Əliyeva iştirak etmişdir
09.05.2012 [20:27]
Mayın 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xətai rayonundakı 3 nömrəli uşaq evinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən yay istirahət düşərgəsinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Mehriban xanım Əliyeva açılışı bildirən lenti kəsdi və istirahət düşərgəsində...
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Zirə İdman Kompleksinin açılışında iştirak etmişdir
09.05.2012 [19:48]
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva mayın 9-da Zirə qəsəbəsində müasir idman kompleksinin açılışında iştirak etmişdir. Mehriban xanım Əliyeva kompleksin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş...
 
Prezident İlham Əliyev Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olmaq üçün təbii fəlakət bölgəsində səfərdə olmuşdur
09.05.2012 [14:31]
Xəbər verdiyimiz kimi, mayın 7-də Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ olmuşdur. Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələdən zərər çəkmiş bölgənin sakinləri ilə görüşmək və təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olmaq üçün təyyarə ilə Zaqatala rayonuna...
 
© Copyright AzerTAc© All Rights Reserved.