Yüklə
Həftənin mühüm xəbərləri 



Haqqımızda

Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün yeganə rəsmi dövlət informasiya mənbəyidir.
1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış AzərTAc sonralar, sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərmisdir.
Azərbaycan yenidən dövlət müstəqilliyi bərpa etdikdən sonra agentlik özünün tarixi adını bərpa etmişdir. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmışdır.
AzərTAc rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq bütün sutka ərzində Azərbaycan, ingilis, rus, fransız, alman və ərəb dillərində dəqiq və operativ informasiya buraxır.

 

AzərTAc İTAR-TASS (Rusiya), Anadolu agentliyi (Türkiyə), Sinxua (Çin), AGERPRES (Rumıniya), Ukrinform (Ukrayna), BTA (Bolqarıstan), ANSA (İtaliya), İRNA (İran), TANYUQ (Serbiya), BELTA (Belarus), Moldpres (Moldova), ATA (Albaniya), MTI (Macarıstan), MENA (Misir), PETRA (İordaniya), ANTARA (İndoneziya), MONTSAME (Monqolustan), Yonhap (Koreya Respublikası), LETA (Latviya), Kabar (Qırğızıstan), Kazinform (Qazaxıstan), KUNA (Küveyt), Xovar (Tacikistan), KYODO (Yaponiya), BuaNews (Cənubi Afrika Respublikası), AGİ (İtaliya), informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalamışdır. 2004-cü ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA), 2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilmişdir. AzərTAc Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (PANİA) təsisçilərindən biridir. AzərTAc 2008-ci ildən "AsiaPulse" - Asiya xəbər agentlikləri konsorsiumunun üzvüdür.

AzərTAc-ın ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstriya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Orta Asiya, Çin və Yaponiyada, respublikanın bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.

Bizimlə işləmək istəyənlərlə əlaqə yaratmaqdan şad olarıq.

Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc
Bakı, AZ1000 Bülbül prospekti, 18

 

Baş direktor - Aslan Aslanov

 

Faks: (+994 12) 493-62-65, 598-53-34

Tel: (+994 12) 493-59-29,498-60-07

 

E-mail: azertac@azdata.net, azertac@azertag.com
URL: http://www.azertag.gov.az/

 

 

Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.